BETONUN CİLALANMASI

TƏZƏ BETONUN SÜRTÜLMƏSİ, TOPPİNQ

Təzə dartqının quraşdırılması prosesi armaturlaşdırma, tökmə, vibrasiyalaşdırma, tamasa ilə və ya hamarlayıcı alətlə hamarlama kimi bir neçə mərhələdən ibarətdir, dartqının quraşdırılmasının yekun mərhələsi isə onun sürtgü maşınları ilə sürtülməsidir. Bu cür maşınlar, həmçinin, “vertolyot” adlanır. 

Betonun vertolyotla sürtülməsi betonun yuxarı təbəqəsini hamarlamaq məqsədi daşıyır, çünki təzə dartqı töküldükdən sonra onun üzərində hamarlayıcı alətin izləri qalır, kiçik məsamələr (çanaqlar) yaranır, dartqının səthinə isə doldurucu material (çınqıl) çıxır. 

Sürtgü maşınlarının iki əsas növü var: təkrotorlu və cütrotorlu maşınlar. Bu avadanlığın əsas fərqi iş prosesində operatorun aldığı vəziyyətdir.

Təkrotorlu sürtgü maşınlarının operatoru ayaq üstə dayanaraq sürtgü maşınının tərkibinə daxil olan uzun dəstəyin (sükanın) köməyi ilə vertolyotu idarə edir.

Çütrotorlu maşının operatoru isə maşındakı oturacaqda əyləşərək onu idarə edir.  Beləliklə, insanın hamarlanan səthlə əlaqəsi istisna olunur və yalnız sürtkü maşınının pərləri və ya diskləri betonla təmasda olur.

Toppinq beton döşəmələrin səth qatının yekun işlənməsinin və ya möhkəmləndirilməsinin növlərindən biridir. Toppinq döşəmələri tozlanmadığından və istismarda rahat olduğundan, sənaye və anbar sahələrində geniş istifadə olunur. Bundan əlavə, polimer və ya su əsaslı möhkəmləndirici kimi alternativ beton üzlüyü növləri ilə müqayisədə, toppinq döşəmələri daha ucuz başa gəlir.

Toppinq döşəmələrinin yaradılması texnologiyası ondan ibarətdir ki, toppinq yeni salınmış betona qoyulur və hamarlayıcı tamasa ilə hamarlandıqdan və vertolyotla ilkin hamarlamadan dərhal sonra toppinqin daxil edilməsi üçün istifadə olunan xüsusi arabalar vasitəsi ilə quru məhlul dartqının səthinə səpilir, doppinq isə bundan sonra rütgü maşınları ilə bünövrəyə yeridilir. Beləliklə, toppinq döşəmələrinin yaradılması sürtgü ilə sıx bağlıdır. Toppinqin özü kvars əsaslı quru məhluldur (ən ucuz variant). Nisbətə baha korrud toppinqləri də var ki, onlar daha uzunömürlüdür. Toppinqlər, həmçinin, müxtəlif rənglərdə olur.

Yarımquru dartqının çəkilməsi prosesində qum-beton məhlulu töküldükdən sonra sürtgü maşınları işə düşür – onlar təzə tökülmüş məhlulu hamarlayır və eyni zamanda möhkəmlədirlər.

PROMO VİDEO İZLƏ