FASAD İŞLƏRİ

Fasad işləri

Teatr asılqandan başlandığı kimi, hər bir bina da fasaddan başlanır. Fasad bina haqqında ilkin təəssürat yaratmaqla bərəbər, onu yağışdan, istidən, donmaqdan və alovdan qoruyur. Buna görə də hasarın tərkibinə və tərtibatına dair ciddi tələblər irəli sürülür.

Biz montaj, tikinti və bərpa işləri ilə məşğul olmaqla, müxtəlif fasad işlərinin yerinə yetirilməsi ilə əlaqədar geniş çeşidli xidmətlər göstəririk. Öz bacarıq və təcrübəmizdən, eləcə də müasir texnologiya və materiallardan istifadə etməklə biz çertyojlar əsasında fasadın tarixi görkəmini bərpa edə və istənilən mürəkkəblik səviyyəsinə malik rekonstruksiya işlərini həyata keçirə bilirik.

Biz şəxsi evlərin, ofislərin, hündür binaların, eləcə də anbar, logistika və ticarət-əyləncə mərkəzlərinin fasadlarının təmiri, isidilməsi və səs izolyasiyası üzrə xidmətlər təklif edirik. Binanın təyinatından asılı olaraq və sifarişçinin istəklərini nəzərə alaraq, bizim mütəxəssislərimiz, sizin evinizin isidilməsinə çəkəcəyiniz xərcləri qat-qat azaldacaq optimal işləmə texnologiyaları və materialları seçəcək.

FASAD İŞLƏRİNİN QİYMƏTİNƏ TƏSİR GÖSTƏRƏN AMİLLƏR:

Fasad işlərinin qiyməti fərdi qaydada hesablanır. Hərbir konkret halda qiymət səciyyəvi olacaq, çünki bir çox amillər qiymətə təsir göstərir. Həmin amillərdən ən başlıcası aşağıdakılardır:

  • Sifarişçinin üstünlük verdiyi amillər.
  • Binanın fərdi memarlıq xüsusiyyətləri.
  • Hazırlıq işlərinin həcmi.
  • Fasadın sahə.
  • Tərtibat növü.

1.Fasadın isidilməsi:

  • Divarların isidilməsi.
  • Divarların səs izolyasiyası.
  • Mənzilin xaricdən isidilməsi.
  • Şəxsi evin fasadının isidilməsi.
  • Çoxmərtəbəli evin fasadının isidilməsi.

2.Fasadın dekorativ mala ilə malalanması:

  • «Qabıqyeyən» fasad malası
  • Mozaik «mərmər qırıntısı» malası

3.Fasadın təbii daşlarla üzlənməsi:

  • Fasadın travertinlə (əhəng daşı ilə) üzlənməsi.
  • Fasadın qum daşı ilə üzlənməsi.

4.Fasad sistemlərinin quruluşu:

  • Kompozitdən hazırlanmış və ventilyasiya olunan asma fasad
  • Keramik qranitdən hazırlanmış və ventilyasiya olunan asma fasad
  • Fibrosementdən hazırlanmış və ventilyasiya olunan fasad

5. Fasad dekorunun qurulması: moldinqlər, karnizlər, pəncərə altlıqları.

6. Binanın fasadının akril və digər boyalarla rənglənməsi.

PROMO VİDEO İZLƏ