HASARLAR

Qabionlar

Ənənəvi texnologiyalar əsasında kərpicdən və daşdan hörülən hasarlara yaxşı alternativ qismində müasir inşaatçılar və landşaft dizaynerləri qabion hasarlardan istifadə etməyi təklif edirlər. Qabionlar iri həcmli torlu konstruksiyalardır və onların daxili hissəsi müxtəlif materiallarla doldurula bilər. Ənənəvi olaraq, qabionlar tordan və daşdan hazırlanır, içi isə kərpic qırıntıları və ya kirəmitlə, şüşə butulkalarla, ağac yonqarı və s. ilə doldurula bilər. 

Qabionların doldurulması üçün müxtəlif materiallar seçməklə onlara müxtəlif dekorativ xüsusiyyətlər vermək olar və müasir landşaft dizaynerləri də bundan uğurla istifadə edirlər. Bununla belə, sırf dekorativlik qabionların yeganə üstünlüyü deyil – onlar böyük kütləyə malik olması sayəsində kəskin qarlı və küləkli havaya davamlıdırlar və hətta qeyri-sabit torpaq səthində quraşdırıldıqda belə, zaman keçdikcə deformasiyaya uğramırlar.  Həmçinin, qeyd etmək lazımdır ki, bu cür prosesi ənənəvi texnologiya ilə aparılan kərpic və ya daş hörgüsü ilə müqayisə etsək, torun içinə doldurulmuş daşlardan hasar çəkilməsi iqtisadi cəhətdən daha sərfəlidir. Bu onunla izah olunur ki, qabionlar quraşdırıldığı zaman onlar üçün irihəcmli bünövrənin qazılmasına və istifadə olunan daşları bir-birinə birləşdirmək üçün beton məhlulundan istifadə olunmasına ehtiyac yoxdur.

Çoxdan bəri istifadə olunan qabion konstruksiyalarından əvvəllər tez hörülən möhkəmləndirici qurğu, o cümlədən hərbi təyinatlı qurğu qismində istifadə olunurdu. Bir müddət sonra onlafrın köməyi ilə su hövzələrinin sahillərini, sıldırımların və təpələrin ətəklərini möhkəmləndirməyə, maili sahələrdə terrasları abadlaşdırmağa başladılar. Nisbətən yaxın zamanlardan başlayaraq isə landşaft dizaynerləri qabionların dekorativ xüsusiyyətlərinə diqqət yetirərək bu qurğulardan həyətyanı ərazilərin bəzdilməsi üçün istifadə etməyə başladılar.  

Ənənəvi hasar konstruksiyalarının əvəzinə qabionlardan hazırlanmış hasarlardan istifadə etməklə bir çox vəzifələri yerinə yetirmək, xüsusən:

  • Su hövzəsinin ortasında, yaxud onun sahil xəttində səddlər quraşdırmaq; 
  • Mürəkkəb relyefi ilə fərqlənən yerlərdə hasarlar çəkmək;  
  • Zəif torpaq səthində etibarlı və cazibədar hasarlar çəkmək mümkündür.
PROMO VİDEO İZLƏ