ƏRAZİNİN ABADLAŞDIRILMASI ÜÇÜN İSTEHSAL

Qabion — və ya torlu qabion məmulatları (TQM)

İnşaatda – burulmuş məftil tordan müxtəlif formada altıbucaqlı məsamələrlə hazırlanmış və qabion konstruksiyalarının quraşdırılması üçün nəzərdə tutulmuş irihəcmli məmulatlardır.

XIX sonunda qabionlar kəskin maili dağ ətəklərinin və çay sahillərinin, eləcə də sürüşmələrə məruz qalan ərazilərin möhkəmləndirilməsi üçün tez inşa olunan qurğular kiimi inşaatçıların marağına səbəb olmuşdu. Bu cür konstruksiyalar dambaların və körpülərin salınmasında da istifadə olunurdu.   Müasir dövrdə hörmə səbət metal tordan ibarət karkasla əvəz olunub. Qabionlar bütün növ inşaat işlərində, avtomobil və dəmiryollarının, körpü dayaqlarının, çay sahillərinin yuyulmadan və s. bu kimi məqsədlər üçün möhkəmləndirici konstruksiya qismində istifadə olunur. Qabionların əsas növləri döşəkşəkilli və qutuşəkilli qabionlardır. Maili çay sahillərinə qabion döşəkləri sərilir, sıldırımlı divarlara isə qutular – 3—5 х 1—1,5 х 1 metr ölçüdə parallelepiped formasında qəfəslər düzülür. Hündürlüyü 3 metrdən artıq olan dayaq divarları salınarkən, eləcə də narın torpaq qatında tikinti işləri apararkən armaturlaşdırılmış panelə malik qabionlardan istifadə olunur. Çay məcralarının mğhkəmləndirilməsi zamanı və su hövzələrinin dibi ilə boru və ya kabel xəttlərinin çəkilməsi üçün silindrik qabionlardan istifadə olunur. 

Hazırki dövrdə qabionlar landşaft dizaynında istər öz birbaşa təyinatı üzrə, istərsə də dekorativ elementlər – kiçik memarlıq formaları qismində - məsələn, sahədə terrasların quraşdırılmasında geniş istifadə olunur.

PROMO VİDEO İZLƏ