HƏYƏTYƏNI SƏHƏLƏR

Ştamplaşdırılan beton:

Bu texnologiya, bilavasitə inşaat meydançasında beton tökümü prosesində təbii daş, kərpic hörgüsü, çaydaşı və hətta taxta teksturalı möhkəm rəngli beton səth yaratmağa kömək edir. Ondan avtomobil yollarının, şəhər meydançalarının, bağ cığırlarının və səkilərin salınmasında, eləcə də sərgi zallarında, hollarda, restoranlarda və yaşağış sahələrində döşəmələrin quraşdırılmasında da istifadə oluna bilər. Bu texnologiyanın bir sıra əhəmiyyətli üstünlükləri var. Əvvəla, formalar, teksturalar və rənglər çox müxtəlifir.  Bu, təkrarolunmaz səthlər yaratmağa və onları memarlıq üslubuna və dizaynerlərin istəklərinə müvafiq surətdə seçməyə imkan verir. Bu, bərpa işləri üçün əvəzolunmaz texnologiyadır, çünki bir neçə əsr bundan əvvəl yolların döşənməsi üçün istifadə olunan təbii daşların emal üsullarını və müvafiq materialları tapmaq qeyri-mümkün olur, amma ştamplanan betonun köməyi ilə artıq mövcud olan materiallar arasında təbii daşın, qranitin, şistin və ya köhnə kərpicin yararlı teksturasını seçmək, yaxud dəqiq oxşarını yaratmaq mümkündür.  İkincisi, beton üçün nəzərdə tutulmuş tozşəkilli rəngləyicinin köməyi ilə boyanaraq möhkəmləndirilmiş və hermetik beton lakı ilə laklanmış beton səthi möhtəşəm xarici görkəm almaqla bərabər, onun aşınmaya və şaxtaya davamlılığı artır, ətraf mühitin təsirlərindən qorunmuş olur və ona xidmət göstərilməsi asanlaşır.

PROMO VİDEO İZLƏ