AVTOMOBİL DAYANACAQLARI ÜÇÜN ÜZLÜKLƏR

Poliuretan və epoksid tökmə döşəmələr

Müasir tökmə döşəmələr – tikişsiz monolit struktura malik yüksək texnoloji üzlüklərdir. Onların qurulması üçün əsas material qismində ikikomponentli polimer tökmədən istifadə olunur. Polimer tökmə üzlüklər yüksək gigiyenik səviyyəyə malik və aşınmaya davamlı olması, toz götürməməsi və cazibədar xarici görkəmi ilə fərqlənir.

 

Ən çox yayılmış növləri

Tökmə döşəmələr, əsasən, poliuretan və ya epoksid qatranından hazırlanır və iki əsas növə bölünür. 

 

  • Poliuretan tökmə döşəmələr. Bu cür döşəmələr ağırlığa qarşı yüksək davamlılığa, və mükəmməl elastikliyə, eləcə də temperatur dəyişikliklərinə və tutrəyişlərə qarşı yüksək sabitlik səviyyəsinə malikdir. Poliuretan tökmə istehsalat sexlərində, buzxana (sənaye) kameralarında, inzibati otaqlarda və ya anbarlarda istifadə oluna bilər.
  • Epoksid tökmə döşəmələr. Bu cür üzlüklərin elastiklik səviyyəsi poliuretan üzlüklərə nisbətən  aşağı olsa da, onlar müxtəlif zədələnmələrə qarşı çox davamlıdırlar (cızılmırlar, kimyəvi maddələrdən ziyan çəkmirlər). Epoksid qatran tökməsi öz xüsusiyyətləri sayəsində ictimai yerlərdə (xəstəxanalarda, məktəblərdə, universitetlərdə, ticarət mərkəzlərində, restoranlarda) istifadə olunur.   

Tökmə döşəmələrin üstünlükləri və xüsusiyyətləri

Polimer tərkibə malik tökmə döşəmələr mexaniki və kimyəvi təsirlərə qarşı çox davamlıdırlar, onilliklərlə xidmət göstərə və bu zaman öz xarici görkəmini qoruyub saxlaya bilirlər. Polimer üzlüklərin alışma səviyyəsi aşağıdır və allergiya yaratmadığından və toksik maddələr ifraz etmədiyindən, insan sağlamlığı üçün tam təhlükəsizdir. Bundan əlavə, tikişsiz strukturu sayəsində tökmə döşəmələrin səthində toz və palçıq yığılmır və bu cür səthlər tez və asanlıqla təmizlən

PROMO VİDEO İZLƏ